...

"Neftçi"nin Çempionlar Liqasında rəqibi müəyyənləşdi

İdman Materials 25 İyun 2012 15:41 (UTC +04:00)
Trend-in məlumatına görə, İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Çempionlar Liqasının 2012-2013 mövsümünün birinci və ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.
"Neftçi"nin Çempionlar Liqasında rəqibi müəyyənləşdi

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan çempionu "Neftçi"nin Çempionlar Liqasında rəqibi Gürcüstan çempionu "Zestafoni" oldu.

Trend-in məlumatına görə, İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Çempionlar Liqasının 2012-2013 mövsümünün birinci və ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

Azərbaycan çempionunun iştirak edəcəyi ikinci mərhələnin ilk oyunları iyulun 17-18-də, cavab görüşləri isə 24-25-də keçiriləcək. Qalib gələcək 17 komanda üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacaq.

"Neftçi"nin yekun püşkatmadan qabaq "Zestafoni"dən başqa potensial rəqiblərinin siyahısında "Dinamo" (Zaqreb), "Partizan", "Şerif", "Slovan" və "Slask" var idi.

Xəbər lenti

Xəbər lenti