Azərbaycan, Bakı, 28 noyabr /Trend/
2013-ci il yanvarın 5-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində 1995-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnir keçiriləcək.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, turnirdə qrupların tərkibi müəyyənləşib:
A qrupu: Çexiya, Ukrayna, Azərbaycan, Litva
B qrupu: Yunanıstan, Sloveniya, Rusiya, Latviya
C qrupu: Türkiyə, Finlandiya, İran, Qazaxıstan
D qrupu: Belçika, İtaliya, Sank-Peterburq, Belarus