...

Azərbaycan yığması karatenin kempo və kobudo növləri üzrə dünya çempionatında uğurla çıxış edib (FOTO)

İdman Materials 22 May 2013 17:06 (UTC +04:00)
Ukraynada keçirilən karatenin kempo və kobudo növləri üzrə dünya çempionatında Azərbaycan yığması uğurlu çıxış edib.
Azərbaycan yığması karatenin kempo və kobudo növləri üzrə dünya çempionatında uğurla çıxış edib (FOTO)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan yığması Ukraynada keçirilən karatenin kempo və kobudo növləri üzrə dünya çempionatında uğurla çıxış edib.

Azərbaycan Kempo və Kobudo Federasiyasından Trend-ə verilən məlumata görə, Məhəmməd Allahverdiyev katada qızıl, Orxan Səfərli iriqumi-qo-kumitedə gümüş, Turan Teymurbəyli iriqumi-qo-kumitedə bürünc, Elbəy Omarov iriqumi-qo-kumitedə gümüş medal qazanıb.

Bundan əlavə, Anar Soltanlı, Ümid Əliyev, Hacı Müşviq, Royal Hacıyev, Elsevər Quliyev, Müşfiq Abbasov, Teymur Quliyev, Aydın Dadaşov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Emil Yolçuyev, Mehman Hüseynov gümüş medala layiq görülüb. Yarışda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş 3 dünya kəməri uğrunda mübarizə aparılıb. Bu kəmərlərdən ikisini Azərbaycan, digərini isə Ukrayna komandası qazanıb.

Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kobudo növləri Federasiyasının prezidenti, Beynəlxalq Kempo və Kobudo Federasiyasının vitse-prezidenti Tanrıverdi Allahverdiyev komandamızın çıxışını yüksək qiymətləndirib. Onun sözlərinə görə, uğurlu nəticəyə baxmayaraq, qarşıdakı yarışlarda heyətdə dəyişikliklərin olması istisna deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti