...

Şumaxerin komadan çıxarılması prosesi uzana bilər

İdman Materials 30 Yanvar 2014 17:12 (UTC +04:00)
"Formula-1" yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin süni komadan çıxarılması prosesi uzana bilər.
Şumaxerin komadan çıxarılması prosesi uzana bilər

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

"Formula-1" yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin süni komadan çıxarılması prosesi uzana bilər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu idmançının meneceri Sabina Kem deyib.

S.Kem bildirib ki, M.Şumaxeri ayıltmaq üçün sedativ preparatların istifadəsi azaldılıb.

Onun sağlamlığı haqqında son rəsmi bəyanatlar yanvarın ortalarında verilib. Qeyd edilirdi ki, Şumaxerin vəziyyəti sabit, lakin əvvəlki kimi kritik olaraq qalır.

Qeyd edək ki, ötən il dekabrın 29-da Fransanın Meribel kurort şəhərində xizəklə sürüşən M.Şumaxer yıxılaraq ağır kəllə beyin travması almışdı. Alman pilot 45 yaşını Qrenobldakı hospitalda komada "qeyd etmişdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti