...

Həkimlər Şumaxerdə ağciyər infeksiyası aşkar ediblər

İdman Materials 12 Fevral 2014 13:42 (UTC +04:00)
Fransadakı həkimlər "Formula-1" yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaxerə ağciyər infeksiyası diaqnozu qoyublar.
Həkimlər Şumaxerdə ağciyər infeksiyası aşkar ediblər

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Fransadakı həkimlər "Formula-1" yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaxerə ağciyər infeksiyası diaqnozu qoyublar.

Trend-in çərşənbə günü "İnterfaks"a istinadən verdiyi məlumata görə, iltihabın qarşısını tezliklə almaq üçün M.Şumaxerə hazırda antibiotiklər vurulur.

Məlumata görə, idmançının komadan çıxarılması prosesinin dayandırılıb-dayandırılmadığı hələ məlum deyil.

Qeyd edək ki, ötən il dekabrın 29-da Fransanın Meribel kurort şəhərində xizəklə sürüşən M.Şumaxer yıxılaraq ağır kəllə beyin travması alıb. Alman pilot 45 yaşını Qrenobldakı hospitalda komada "qeyd edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti