Azərbaycan, Bakı, 12 mart /Trend/
Komada olan "Formula-1" yarışları üzrə dünya çempionu Mixael Şumaxerin səhhətində az da olsa, ümidverici əlamətlər var. Trend-in çərşənbə günü "Reuters" agentliyinə istinadən verdiyi məlumat görə, bunu alman pilotun meneceri Sabina Kem deyib.
Qeyd edək ki, ötən il dekabrın 29-da Fransanın Meribel kurort şəhərində xizəklə sürüşən M.Şumaxer yıxılaraq ağır kəllə beyin travması alıb.