...

Şumaxer komada olduğu müddətdə 20 kiloqram çəki itirib

İdman Materials 22 Mart 2014 14:46 (UTC +04:00)
"Formula 1" yarışları üzrə dünya çempionu Mixael Şumaxer süni komaya salındıqdan bu günədək çəkisinin 25 faizini itirib.
Şumaxer komada olduğu müddətdə 20 kiloqram çəki itirib

Azərbaycan, Bakı, 22 mart /Trend/

"Formula 1" yarışları üzrə dünya çempionu Mixael Şumaxer süni komaya salındıqdan bu günədək çəkisinin 25 faizini itirib.

Trend-in "İTAR-TASS"a istinadən verdiyi məlumata görə, məşhur alman pilotun çəkisi komada olduğu 83 gün ərzində 55 kiloqramadək düşüb. Bununla da o, 20 kiloqram çəki itirib.

Həkimlərin sözlərinə görə, komada olan xəstənin çəki itirməsi normal haldır. Lakin normal çəkisi olan birinin 20 kiloqram arıqlaması çoxdur.

Qeyd edək ki, ötən il dekabrın 29-da Fransanın Meribel kurort şəhərində xizəklə sürüşən M.Şumaxer yıxılaraq ağır kəllə beyin travması alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti