...

Həkimlər Şumaxerin vəziyyətinin yaxşılaşdığını qeyd edirlər

İdman Materials 14 Aprel 2014 16:38 (UTC +04:00)
"Formula-1" əfsanəsi Mixael Şumaxerin vəziyyətində yaxşılaşma müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" alman pilotun meneceri Sabina Kemə istinadən xəbər yayıb.
Həkimlər Şumaxerin vəziyyətinin yaxşılaşdığını qeyd edirlər

Azərbaycan, Bakı, 14 aprel /Trend/

"Formula-1" əfsanəsi Mixael Şumaxerin vəziyyətində yaxşılaşma müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" alman pilotun meneceri Sabina Kemə istinadən xəbər yayıb.

S.Kem Almaniyanın ARD telekenalına müsahibəsində bildirib ki, 2013-cü ilin dekabr ayının sonlarından medikamentoz komada olan idmançı tədricən özünə gəlir: "Sağalma prosesində irəliləyiş müşahidə olunur, o özünə gəlir. Əlbəttə, mən həkim deyiləm, amma tibbi nöqteyi-nəzərdən ayılmaq və şüuru özündə olmaq müxtəlif şeylərdir. Sonuncu ətrafdakılarla ünsiyyət imkanı deməkdir. Mixaelin şəxsi həyatına və onun ailəsinə hörmət etdiyimdən detalları açıqlamaq istəmirəm. Sadəcə demək istəyirəm ki, biz onu müalicə edən həkimlərə tamamilə etibar edirik. Onlar öz işlərinin əsl mütəxəssisidirlər".

Lakin idmançının meneceri onun tam sağalma şansından danışmaqdan imtina edib, M.Şumaxerin aldığı zədələrin ciddiliyi üzündən belə proqnozların indi mümkün olmadığını qeyd edib.

Xatırladaq ki, ötən il dekabrın 29-da Fransanın Meribel kurort şəhərində xizəklə sürüşən M.Şumaxer yıxılaraq ağır kəllə beyin travması alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti