...

Şumaxer danışmır, lakin gözlərini açır və səsləri dinləyir

İdman Materials 17 İyun 2014 15:04 (UTC +04:00)
Bazar ertəsi koma vəziyyətindən çıxan "Formula-1" yarışlarının yeddiqat çempionu Mixael Şumaxer hələlik danışa bilmir, lakin gözlərini açır və səsləri dinləyir.
Şumaxer danışmır, lakin gözlərini açır və səsləri dinləyir

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Bazar ertəsi koma vəziyyətindən çıxan "Formula-1" yarışlarının yeddiqat çempionu Mixael Şumaxer hələlik danışa bilmir, lakin gözlərini açır və səsləri dinləyir. İdmançı həyat yoldaşı Korinnanın yanında olmasına hər şeydən çox reaksiya verir. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "Bild"ə istinadən xəbər yayıb.

Bundan başqa, M.Şumaxer bir müddət süni tənəffüs aparatı olmadan da keçinə bilir. İdmançı xəstəliyi ərzində 20 kiloqramdan artıq çəki itirib və hazırda 1,74 metr boyu olan idmançının çəkisi cəmi 55 kiloqramdır.

Dünən idmançının meneceri Sabina Kem bildirib ki, əfsanəvi pilot yarım ildən artıq müddətdə qaldığı Qrenobldakı hospitalı tərk edib. Hazırda məşhur almanı Lozannadakı ixtisaslaşmış hospitala köçürüblər. Ekspertlərin fikrincə, bərpa mərhələsi bir xeyli vaxt davam edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti