...

Şumaxer xəstəxanadan buraxılır

İdman Materials 9 Sentyabr 2014 18:51 (UTC +04:00)
"Formula-1" yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaxer Lozannadakı reabilitasiya klinikasından buraxılacaq.
Şumaxer xəstəxanadan buraxılır

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

"Formula-1" yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaxer Lozannadakı reabilitasiya klinikasından buraxılacaq. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu alman idmançının meneceri deyib.

Onun sözlərinə görə, əfsanəvi pilot müalicəni evdə davam etdirəcək.

Xatırladaq ki, ötən il dekabrın 29-da Fransanın Meribel kurort şəhərində xizəklə sürüşən məşhur alman pilot yıxılaraq ağır kəllə-beyin travması almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti