...

Azərbaycan Avtomobil Federasiyasının rəsmi saytı istifadəyə verildi

İdman Materials 11 Oktyabr 2014 14:54 (UTC +04:00)
Saytda Azərbaycan Avtomobil Federasiyasının fəaliyyətinə dair xəbərlərlə yanaşı, ölkədə avtomobil idmanının inkişafı, keçirilən yarış və tədbirlər barədə informasiyalar, foto və video materiallar təqdim edilir.
Azərbaycan Avtomobil Federasiyasının rəsmi saytı istifadəyə verildi

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Azərbaycan Avtomobil Federasiyasının (AAF) rəsmi saytı istifadəyə verilib.

Federasiyadan Trend-ə bildiriblər ki, www.faa.az ünvanında yerləşən saytda Azərbaycan Avtomobil Federasiyası və onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə materiallar təqdim olunur. Veb səhifədə, həmçinin avtomobil və onun tarixi, avtomobil idman növləri haqqında maraqlı məlumatlar təqdim edilir.

Sayt "Haqqımızda", "İdman", "Xəbərlər", "Mobillik", "Tədbirlər", "Avtomobil", "Qalereya" bölmələrindən ibarətdir.

Saytda Azərbaycan Avtomobil Federasiyasının fəaliyyətinə dair xəbərlərlə yanaşı, ölkədə avtomobil idmanının inkişafı, keçirilən yarış və tədbirlər barədə informasiyalar, foto və video materiallar təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti