• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • İdman

Bakı 2015 Avropa Oyunları Gürcüstan Milli Olimpiya Komitəsinin 25-ci ildönümü tədbirində təmsil olunub

13 Oktyabr 2014 11:31 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Gürcüstan Milli Olimpiya Komitəsinin 25-ci ildönümü münasibətilə keçirilmiş tədbirlərin bir hissəsi olaraq, Bakı 2015 Avropa Oyunları Tbilisidə Müstəqil Dövlətlər Birliyinin (MDB) və Baltikyanı ölkələrin Milli Olimpiya Komitələrinin Regional Forumunda təqdimat keçirmişdir.

BAOƏK-dan Trend-ə verilən məlumata görə, tədbirə dəvət olunmuş qonaqları, o cümlədən Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini birinci Avropa Oyunları ilə əlaqədar əldə olunmuş son nailiyyətlər barədə məlumatlandırmaq üçün Bakı 2015-in və Azərbaycan Milli Olimpiya Komitəsinin üzvlərindən ibarət komanda da tədbirdə iştirak etmişdir.

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi üzrə Milli Olimpiya Komitəsi Mübadilə və Regional Forumlar proqramı çərçivəsində MDB regionundan və Baltikyanı ölkələrdən ümumilikdə 15 ölkə Gürcüstana dəvət olunmuşdur.

Nümayəndələri birinci Avropa Oyunları ilə bağlı gedən hazırlıq işləri barəsində məlumatlandıran Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Atlet Xidmətləri və Əməliyyatlar şöbəsinin direktoru Ceyms Makleod demişdir: "Gürcüstan Milli Olimpiya Komitəsi tərəfindən bu cür nüfuzlu ildönümü tədbirinə dəvət olunmaq bizim komanda üçün böyük şərəf oldu.

Azərbaycanın qonşu ölkələrini yaxın zamanlarda əldə etdiyimiz irəliləyişlər barədə məlumatlandırmaq baxımından bu tədbirə dəvət olunmaq bizim üçün gözəl imkandır və biz həmin ölkələrin idmançılarının Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarında yarışacaqlarını səbirsizliklə gözləyirik.

Fürsətdən istifadə edərək Gürcüstanın Milli Olimpiya Komitəsini 25 ildə əldə etdiyi uğurlar münasibətilə təbrik etmək və gələcəkdə daha daha böyük nailiyyətlər arzulamaq istərdim".

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitələrinin prezidenti cənab Patrik Hikki də həftə sonu keçirilmiş tədbirdə iştirak etmiş və Gürcüstan Prezidenti və Baş Naziri, eyni zamanda, 2015-ci ilin iyun ayında baş tutacaq birinci Avropa Oyunlarında iştirak edəcəklərinə ümid edən gənc idmançılar ilə görüş imkanı əldə etmişlər.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Bakı 2015
Azernews Newspaper
Digər xəbərlər
“Coca-Cola” şirkəti: “Bu şorbada duz” ola bildiksə, çox xoşbəxtik
Baku 2015 : EUROGAMES 29 İyun 2015 12:54
Abdulkadir Abdullayev: "Qələbəmi bütün Azərbaycan xalqına həsr edirəm"
Baku 2015 : EUROGAMES 27 İyun 2015 20:09
Pərviz Bağırov: "Məqsədimiz Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır"
Baku 2015 : EUROGAMES 27 İyun 2015 19:44
Prezident İlham Əliyev və xanımı Avropa Oyunları çərçivəsində Azərbaycan və Türkiyə qadın voleybolçularının yarımfinal oyununu izləyiblər (FOTO)
Baku 2015 : EUROGAMES 25 İyun 2015 22:43
Pərviz Bağırov: Ümid edirəm ki, finala vəsiqə qazanacağam
Baku 2015 : EUROGAMES 24 İyun 2015 00:18
Avropa Oyunlarının birinci həftəsi fotolarda
Baku 2015 : EUROGAMES 21 İyun 2015 22:21
Altay Həsənov: Marina Durundanın gümüş medalı qızıla bərabərdir
Baku 2015 : EUROGAMES 21 İyun 2015 21:59
Musalov: "Azərbaycanı təmsil etməkdən qürur duyuram"
Baku 2015 : EUROGAMES 21 İyun 2015 21:11
Mehriban Əliyeva Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun döyüşünə baxıb (FOTO)
Baku 2015 : EUROGAMES 20 İyun 2015 00:49
Mehriban Əliyeva qadın voleybolçularımızın belçikalı rəqibləri ilə görüşünü izləyib (FOTO)
Baku 2015 : EUROGAMES 19 İyun 2015 22:16
Rusiyalı gimnast: I Avropa Oyunları yüksək səviyyədə təşkil edilib (FOTO)
Baku 2015 : EUROGAMES 17 İyun 2015 16:48
Ukraynalı gimnastlar: "Hər Olimpiya Oyunları I Avropa Oyunlarında olan hazırlıq səviyyəsi ilə öyünə bilməz"
Baku 2015 : EUROGAMES 17 İyun 2015 16:38
Azərbaycan akrobatları Avropa Oyunlarında ikinövçülükdə medallar uğrunda mübarizə aparacaqlar
Baku 2015 : EUROGAMES 17 İyun 2015 15:18
İkitərəfli Qələbə Formulu I Avropa Oyunları başladı
Baku 2015 : EUROGAMES 17 İyun 2015 11:05
Leyla Əliyeva “Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində uşaqlar üçün şənlikdə iştirak edib (FOTO)
Baku 2015 : EUROGAMES 16 İyun 2015 21:51
İtalyan atlet: 2016-cı il Olimpiya Oyunlarında iştirak etmək üçün reytinq xalları toplayacağıma inanıram
Baku 2015 : EUROGAMES 16 İyun 2015 13:20
Ərdoğan Avropa Oyunlarını təyyarədə mobil telefonundan izləyib
Baku 2015 : EUROGAMES 15 İyun 2015 09:21
Ən qiymətli qızıl medal!
Baku 2015 : EUROGAMES 15 İyun 2015 06:20
Ən çox oxunanlar
Ramiz Mehdiyev: İndiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid edirəm (FOTO)
Ramiz Mehdiyev: İndiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid edirəm (FOTO)
"AGF Junior Trophy"də gürzlərlə və lentlə hərəkətlərdə mükafatlandırma mərasimi keçirilib (FOTO)
Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı, Urmiya gölündən danışdı (YENİLƏNİB)
Azərbaycanda iri qızıl filizi yatağının işlənməsi üzrə planlar açıqlanıb (ÖZƏL) (FOTO)
Nəzər nöqtəsi
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter