...

"Beşiktaş" "Liverpul" səddini aşdı

İdman Materials 27 Fevral 2015 00:45 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilir.
"Beşiktaş" "Liverpul" səddini aşdı

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, "Beşiktaş" doğma meydanda "Liverpul"u qəbul edib. İlk görüşdə minimal hesabla məğlub olan "qara qartallar" cavab oyununun ilk hissəsində rəqib qapısına yol tapa bilməyiblər.

İstanbullular istəklərinə 72-ci dəqiqədə çatıblar: Tolqay Arslanın möhtəşəm zərbəsi qola çevrilib.

Matçın əsas vaxtında başqa qol qeydə alınmadığından və ümumi hesab bərabər olduğundan, komandalar əlavə yarım saat da top qovublar. İngilislərdən xeyli üstün oyun sərgiləyən türklər bunu hesabda əks etdirə bilməyiblər - 1:0.

Penalti seriyalarında isə "Beşiktaş" daha dəqiq olub: - 5:4.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti