...

Mariya Smirnova: Azərbaycanda gimnastlar üçün yaradılmış şərait Avropa Oyunlarına yaxşı hazırlaşmağa imkan verir

İdman Materials 6 Mart 2015 16:12 (UTC +04:00)
Azərbaycanda gimnastlar üçün yaradılmış şərait Avropa Oyunlarına yaxşı hazırlaşmağa imkan verir.
Mariya Smirnova: Azərbaycanda gimnastlar üçün yaradılmış şərait Avropa Oyunlarına yaxşı hazırlaşmağa imkan verir

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanda gimnastlar üçün yaradılmış şərait Avropa Oyunlarına yaxşı hazırlaşmağa imkan verir. Bunu Trend-ə gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında iki qızıl medal qazanmış Azərbaycan gimnastı Mariya Smirnova deyib.

O, nəticəsindən razıdır: "Bu gün birinci gündəkindən daha yaxşı çıxış etdim. Əgər belə çıxış etsəydim çoxnövçülükdə üçlükdə ola bilərdim. Məşqçim də razıdır, çünki biz yalnız sərbəst hərəkətlərdə medal qazanmağa güvənirdik".

M.Smirnova qeyd edib ki, Avropa Oyunlarına Bakıda hazırlaşacaq: "Oyunlara burada hazırlaşacağam. Vəzifəm proqramı yaxşılaşdırmaq, elementləri səhvsiz etmək, daha yaxşı hazırlaşmaqdır. Ölkədə yaradılmış şərait bunu yaxşı etməyə imkan verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti