Azərbaycan, Bakı, 27 aprel /Trend/
Dünya şöhrətli veteran pilot Mixael Şumaxerin oğlu, 16 yaşlı Mik Şumaxer "Formula" aləmində debüt edib.
Trend Azərbaycan Avtomobil Federasiyasına istinadən məlumat verir ki, idmançı "Formula 4" seriyalı yarışda bacarığını ortaya qoyub.
Əlavə edək ki, turnir onun vətənində, Almaniyanın "Motorsport Arena Oschersleben" trassında keçirilib. Nəticəyə gəlincə, çıxışa 19-cu mövqedən başlayan Mik tədricən təşəbbüsü ələ alıb və yekunda finişə 9-cu gəlib. Mütəxəssislər, həmçinin gənc pilotun təmsil etdiyi "Van Amersfoort Racing" kollektivi bu nəticəni qənaətbəxş hesab edir.
Məlumat üçün deyək ki, Mik Şumaxer bu ilin sentyabrında kartinq üzrə dünya ikincisi adını qazanıb. Yalnız bundan sonra o, atası kimi "Formula" yarışlarında çıxış etmək arzusunda olduğunu bildirib.