Bakı. Trend:
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması VIII yeri tutub.
Trend AFFA-nın saytına istinadən məlumat verir ki, yığmamız 7-ci yer uğrunda oyunda bu gün Peterburqski İdman-Konsert Kompleksində Belarusun U-19 komandası ilə qarşılaşıb. Qarşılaşma 2:1 hesabı ilə belaruslu futbolçuların xeyrinə başa çatıb.
Xatırladaq ki, qrup mərhələsində Latviyanın U-19 komandası ilə heç-heçə (1:1) edən yığmamız bolqarıstanlı həmyaşıdlarına 2:0 hesabı ilə qalib gəlmiş, Sloveniyanın U-19 yığmasına isə məğlub olmuşdu - 0:4.