...

Şumaxerin xatirəsinə sərgi açılıb

İdman Materials 16 Fevral 2016 15:45 (UTC +04:00)
Bu gün Marburqda DVAG şirkəti və Mixael Şumaxerin 20 illik əməkdaşlığına həsr olunmuş “Mixael Şumaxer – çempionluq sayına görə rekordsmen” adlı sərgi fəaliyyətə başlayıb.
Şumaxerin xatirəsinə sərgi açılıb

Bakı. Trend:

Bu gün Marburqda DVAG şirkəti və Mixael Şumaxerin 20 illik əməkdaşlığına həsr olunmuş "Mixael Şumaxer - çempionluq sayına görə rekordsmen" adlı sərgi fəaliyyətə başlayıb.

Trend "F-1.az" saytına istinadən xəbər verir ki, sərgi konqres mərkəzinin binasında fəaliyyətə başlayıb və 2 il ərzində qonaqlara xidmət göstərəcək.

M.Şumaxerin xatirəsinə sərgi açılıb

Sərginin açılışında M.Şumaxerin həyat yoldaşı Korinna, qızı Cina-Mariya, oğlu Mik, atası Rolf və meneceri Sabine Kem iştirak ediblər.

S.Kem deyib: "Sərgi Mixaelin Benetton-da, Ferrari-də və Mercedes-dəki çıxışlarını xatırlatmağa imkan verir. Şumaxerlər ailəsi DVAG şirkətinin bu addımından çox şad olublar. Şumaxer əfsanədir və "Formula 1" tarixinin ən uğurlu pilotudur. Əfsuslar olsun ki, o, indi bizimlə bu sevinci bölüşə bilmir. Biz səbirli olmalıyıq və onu burada görmək ümidi ilə ona dəstək olmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti