...

Sebastyan Fettel: Bakı trası olduqca maraqlı görünür

İdman Materials 16 İyun 2016 18:34 (UTC +04:00)
Bakı şəhər trası tamamilə yenidir və olduqca maraqlı görünür.
Sebastyan Fettel: Bakı trası olduqca maraqlı görünür

Bakı. Maksim Tsurkov - Trend:

Bakı şəhər trası tamamilə yenidir və olduqca maraqlı görünür.

Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransında Formula 1-in "Ferrari" komandasının pilotu Sebastyan Fettel deyib.

Onun sözlərinə görə, 8-ci döngədən başlayan sahə və köhnə şəhərin ətrafı xüsusilə maraqlıdır.

Pilot qeyd edib ki, Bakıda yarış zamanı təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan hər şey var.

Qeyd edək ki, sabah Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran-pri yarışlarına start veriləcək.

Hər biri iki pilotla təmsil olunan 10 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti