Bakı. Trend:
İtaliyanın "Yuventus" futbol klubu yeni loqosunu təqdim edib.
Trend-in məlumatına görə, 120 illik tarixi olan klubun yeni loqosunda iki "J" hərfi əks olunub.
Klub rəhbərliyi bu loqonu "Daha çox qara, daha çox ağ" şüarı ilə təqdim edib.
Lakin futbolsevərlərin bir çoxu yeni loqonu bəyənmir.