...

Sebastyan Fettel Avstraliya Qran-prisində qələbə qazanıb

İdman Materials 26 Mart 2017 11:10 (UTC +04:00)
"Ferrari" komandasının pilotu Sebastyan Fettel Avstraliya Qran-prisində ("Formula-1" çempionatının yeni mövsümünün birinci mərhələsində) qələbə qazanıb
Sebastyan Fettel Avstraliya Qran-prisində qələbə qazanıb

Bakı. Trend:

"Ferrari" komandasının pilotu Sebastyan Fettel Avstraliya Qran-prisində ("Formula-1" çempionatının yeni mövsümünün birinci mərhələsində) qələbə qazanıb.

Trend-in məlumatına görə, Melburn şəhərində keçirilən yarışmada Alman S. Fettel 1 saat 24 dəqiqə 11,670 saniyə nəticəsi ilə birinci pillədə, ikinci pillədə "Mersedes" komandasının pilotu Luis Hemilton (+9,975 saniyə), üçüncü pillədə isə "Mersedes" komandasının pilotu Valtteri Bottas (+11,250 saniyə) yer alıblar.

İlk onluqda həmçinin aşağıdakı pilotlar yer alıb:

4. Kimi Raykkonen, "Ferrari" (+22,393);

5. Maks Ferstappen, "Red Bull" (+28,827);

6. Felipe Massa, "Williams" (+1.23,386);

7. Serxio Peres, "Force İndia" (+1 kruq);

10. Esteban Okon, "Force İndia" (+1 kruq).).

Qeyd edək ki, "Formula-1" çempionatının ikinci mərhələsi Çində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti