...

Ronaldodan növbəti rekord

İdman Materials 13 Aprel 2017 03:52 (UTC +04:00)
“Real Madrid”ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb
Ronaldodan növbəti rekord

Bakı. Trend:

“Real Madrid”ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

Trend-in məlumatına görə, portuqaliyalı hücumçu bunu Çempionlar Liqasının 1/4 finalının “Bavariya” ilə ilk oyununda gerçəkləşdirib.

Belə ki, 32 yaşlı hücumçu görüşdə dubl edərək avrokuboklardakı qol sayını 100-ə çatdırıb. Bunu isə hələ ki, heç kim bacarmayıb. 98 dəfə ÇL-də fərqlənən Kriştiano 2 dəfə UEFA superkubokunda qol vurub.

Qeyd edək ki, Ronaldo ÇL-də son qolunu ötən ilin sentyabrında Dortmund “Borussiya”sına vurmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti