...

Bakı-2017: Daha 2 idmançımız uşu yarışlarında qələbə qazanıb

İdman Materials 20 May 2017 11:58 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişilər arasında keçirilən uşu yarışlarında daha 2 idmançımız yarımfinala vəsiqə qazanıb.
Bakı-2017: Daha 2 idmançımız uşu yarışlarında qələbə qazanıb

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişilər arasında keçirilən uşu yarışlarında daha 2 idmançımız yarımfinala vəsiqə qazanıb.

Trend-in məlıumatına görə, təmsilçimiz Pərviz Abdullayev (75 kq) səkkizdəbir finalda Türkmənistan idmançısı Rehmet Ovezberdiyev ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn idmançımız İslamiadanın dörddəbir final mərhələsinə çıxıb.

Yarışlarda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Orxan Hətəmov da ilk görüşünü qələbə ilə başa vurub. Dörddəbir finalda idmançımız İordaniya təmsilçisi Ammar Alşami ilə görüşdə 2:0 hesabla qələbə qazanaraq yarımfinala çıxıb.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti