...

Azərbaycan idmançıları çempionatın qalibi olublar (FOTO)

İdman Materials 19 Dekabr 2017 19:22 (UTC +04:00)
Bakıda Evroazia birinciliyi və çempionatı keçirilib.
Azərbaycan idmançıları çempionatın qalibi olublar (FOTO)

Bakı. Trend:

Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı ilə, Azərbaycanda Beynəlxalq Kempo Federasiyasının rəsmi nümayəndəsi olan "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə üçüncü Evroazia birinciliyi və çempionatı keçirilib.

Trend-in məlumatına görə, yarışda Türkiyə, Gürcüstan, Pakistan, Rusiya, İran və Azərbaycan idmançıları iştirak ediblər. Yarışda 41 klubdan 600-ə yaxın idmançı Kempo Full, Kempo Submişn Gi, Kempo Submişn NoGi, Kempo PRO, Kempo Semi versiyaları üzrə iki gün birincilik və çempionluq uğrunda mübarizə aparıblar. Yarış artıq ənənə halını alıb və mütəmadi olaraq üç ildir təşkil olunur. Bu yarışda Azərbaycan idmançıları medal hesabına görə birinci yerdə qərarlaşıb.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti