...

Azərbaycan cüdoçuları Avropa birinciliyində iki medal qazandılar

İdman Materials 29 İyun 2018 09:09 (UTC +04:00)
Bosniya və Hersoqovinanın Sarayevo şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.
Azərbaycan cüdoçuları Avropa birinciliyində iki medal qazandılar

Bakı. Trend:

Bosniya və Hersoqovinanın Sarayevo şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın ilk günü cüdoçularımız üçün uğurlu olub. Millimizin iki üzvü qitə birinciliyində fəxri kürsüyə qalxıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mətin Rzazadə gümüş medal qazanıb. 50 kq çəki dərəcəsində yarışa qatılan Mirağa Hacıyev isə bürünc medala sahib olub.

Qeyd edək ki, 42 ölkədən 457 idmançının (255 oğlan, 202 qız) mübarizə apardığı qitə birinciliyində Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti