...

Karateçilərimiz Xorvatiyada beynəlxalq turnirin ilk günündə iki medal qazandı (FOTO)

İdman Materials 6 İyul 2018 14:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində keçirilən 12-21 yaşlı idmançılar arasında Dünya Karate Federasiyasının (WKF) kuboku uğrunda yarışın ilk günündə iki medala sahib olublar.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, 21 yaşadək gənclər arasında mübarizəyə qoşulan dörd idmançıdan Roman Heydərov kata yarışlarında qalib gəlib. Hüseyn Alıyev (67 kq) isə turnirin bürünc mükafatını qazanıb. Təsəlliverici görüşlərin həlledici qarşılaşmasında məğlub olan Elcan Məmmədrzayev (60 kq) və Hümmət Baxşəliyev (ikisi də 67 kq) son anda bürünc medalı əldən veriblər.

Seçmə komandaların digər üzvləri Xəqan Həsənov (61 kq), Bəxtiyar Rzayev (68 kq), Musa Sarızadə (68 kq-dan yuxarı), Mədinə Sadıqova (53 kq), Fərid Ağayev (70 kq), Tale Yaqubov (63 kq), Murad Hacızadə (84 kq-dan yuxarı), Fidan Dadaşova (47 kq) və Fidan Teymurova (50 kq) növbəti üç gün ərzində tatamiyə çıxacaqlar.

Mötəbər yarışda 68 ölkədən 1340 idmançı iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti