...

Stolüstü tennisçilərimiz Rumıniyadan 4 medalla qayıdır (FOTO)

İdman Materials 25 İyul 2018 19:29 (UTC +04:00)
Stolüstü tennisçilərimiz çempionatda 2 qızıl və 2 gümüş medal qazanıblar.
Stolüstü tennisçilərimiz Rumıniyadan 4 medalla qayıdır (FOTO)

Bakı. Trend:

14-24 iyul tarixlərində Ruminyada təşkil olunan, 44 Avropa ölkəsindən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi gənclərin Avropa Çempionatı başa çatıb. Stolüstü tennisçilərimiz çempionatda 2 qızıl və 2 gümüş medal qazanıblar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, qızlardan ibarət yığma komanda hesabında I yer tutaraq qızıl medalın, qoşa oyunlarında isə oğlan və qız idmançılarımız II yer tutaraq gümüş medalın sahibi olublar.

Şəxsi oyunlarda Azərbaycan stolüstü tennisçisi Ning Jing I yer tutaraq ikinci dəfə gənclərin Avropa çempionu titulunu qoruyub.

Qeyd edək ki, bu, tennisçilərimizin indiyədək göstərdiyi ən yüksək nəticədir.

Stolüstü tennisçilərimiz bu gün səhər Vətənə qayıdıblar.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan yığmasını Stolüstü Tennis Federasiyanının nümayəndələri, idmansevərlər qarşılayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti