...

Henderson "Liverpul"la yeni müqavilə imzaladı

İdman Materials 4 Sentyabr 2018 02:28 (UTC +04:00)
İngiltərəli yarımmüdafiəçi Cordan Henderson "Liverpul" klubu ilə yeni müqavilə imzalayıb.
Henderson "Liverpul"la yeni müqavilə imzaladı

Bakı. Trend:

İngiltərəli yarımmüdafiəçi Cordan Henderson "Liverpul" klubu ilə yeni müqavilə imzalayıb.

Trend-in futbol klubunun mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, 28 yaşlı futbolçu ilə imzalanan müqavilə bir neçə il üçün nəzərdə tutulub, lakin onun dəqiq müddəti açıqlanmır.

"Uzun müddət üçün müqaviləni imzaladığım üçün çox xoşbəxtəm. Futbol oynamaq üçün üstünlük verəcəyim başqa bir yer yoxdur. "Liverpul"da bacaracağım qədər çox qalmaq istəyirəm", - deyə futbolçu bildirib.

Qeyd edək ki, Henderson "Liverpul"a 2011-ci lldə "Sanderlend"dən keçib. "Liverpul"un heyətində o 284 oyun keçirib, 24 qol vurub və 40 məhsuldar ötürmə edib. 2015-ci ildə komandanın kapitanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti