...

Çempionlar Liqası: "Mançester Siti" və "Yuventus" qələbə qazandılar

İdman Materials 2 Oktyabr 2018 23:24 (UTC +04:00)
İngiltərənin futbol klubu "Mançester Siti" səfərdə Almaniyan "Hoffenhaim" komandası üzərində 2:1 hesablı qələbə qazanıb.
Çempionlar Liqası: "Mançester Siti" və "Yuventus" qələbə qazandılar

Bakı. Trend:

İngiltərənin futbol klubu "Mançester Siti" səfərdə Almaniyan "Hoffenhaim" komandası üzərində 2:1 hesablı qələbə qazanıb.

Trend-in məlumatına görə, matç Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilib.

Qonaqların heyətində Serxio Aquero (8-ci dəqiqə) və David Silva (87-ci dəqiqə) fərqləniblər, alman komandasının yeganə qolu isə oyunun ilk dəqiqəsində İshak Belfodil vurub.

Digər qrupda tur çərçivəsində keçirilən oyunda İtaliyanın "Yuventus" klubu İsveçrənin "Yanq Boyz" komandasını darmadağın edib - 3:0. Paulo Dibala het-trikə imza atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti