...

"Atletiko" Feliş üçün "Benfika"ya 126 milyon avro təklif edib

İdman Materials 27 İyun 2019 08:01 (UTC +04:00)
İspaniyanın "Atletiko" futbol klubu Portuqaliyanın "Benfika" klubunun hücumçusu Joau Felişi almaq niyyətindədir və bunun üçün 126 milyon avro təklif edib.
"Atletiko" Feliş üçün "Benfika"ya 126 milyon avro təklif edib

Bakı. Trend:

İspaniyanın "Atletiko" futbol klubu Portuqaliyanın "Benfika" klubunun hücumçusu Joau Felişi almaq niyyətindədir.

Trend-in klubun mətbuat xidmətinə istinadən verdiyi məlumaat görə, J.Felişi transfer etmək üçün Madrid təmsilçisi 126 milyon avro təklif edib.

Klub futbolçunun müqaviləsində qeyd edilmiş məbləği də ödəməyə hazırdır.

Qeyd olunur ki, daha əvvəl futbolçunu "Mançester Siti", "Mançester Yunayted" və "Real" kimi klublarda futbolçunu transfer etmək istəyib.

Xəbər lenti

Xəbər lenti