Bakı. Trend:
"Çelsi" ötən il "Real"dan icarəyə götürdüyü xorvatiyalı futbolçu Mateo Kovaçiçin transfer hüququna yiyələnməyə qərar verib.
Trend-in məlumatına görə, "Çelsi"nin baş məşqçi postuna keçməyə yaxın olan Frenk Lempardın bu transferə razılıq verdiyi qeyd edilir.
Qeyd edək ki, Kovaçiç ötən mövsüm "Çelsi"də 51 oyuna 2 assist edib.
"Real" 25 yaşlı yarımmüdafiəçini 2015-ci ildə 29 milyon avroya transfer etmişdi.