...

"Barselona" "Bavariya"nın təklifini rədd etdi

İdman Materials 3 İyul 2019 11:35 (UTC +04:00)
"Barselona"nın futbolçusu Usman Dembele üçün "Bavariya"dan təklif gəlib
"Barselona" "Bavariya"nın təklifini rədd etdi

Bakı. Trend:

"Barselona"nın futbolçusu Usman Dembele üçün "Bavariya"dan təklif gəlib.

Trend-in məlumatına görə, Kataloniya klubu 70 milyon avroluq təklifi rədd edib. Səbəb isə təklif olunan məbləğin az olmasıdır.

Qeyd edilir ki, klub U.Dembeleni 95 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Xatırladaq ki, "Barselona" Dembeleni 2017-ci ildə Dortmund "Borussiya"sından 125 milyon avroya transfer etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti