...

Messi: Millidəki karyeramı davam etdirəcəm

İdman Materials 3 İyul 2019 18:43 (UTC +04:00)
Argentina millisinin kapitanı Lionel Messi yığmadakı gələcəyi haqda danışıb.
Messi: Millidəki karyeramı davam etdirəcəm

Bakı. Trend:

Argentina millisinin kapitanı Lionel Messi yığmadakı gələcəyi haqda danışıb.

Trend-in məlumatına görə, 32 yaşlı hücumçu millidəki karyerasını davam etdirəcəyini bildirib: "Bizi yeni mərhələ gözləyir. Ümid edirəm ki, hörmət görəcəyik. Azarkeşlər komandanın böyüməsinə imkan verməlidirlər. Həqiqətən, oyunçularla yaxşı anlaşdım, gələcəkdə də onlara köməyim lazım olsa, bunu edəcəm".

Qeyd edək ki, 2005-ci ildən Argentina millisində çıxış edən Messinin yığmada karyerasını bitirəcəyi haqda xəbərlər yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti