...

Karateçilərimiz WKF Kuboku turnirində iki medal qazanıb (FOTO)

İdman Materials 5 İyul 2019 16:04 (UTC +04:00)

Bakı. Trend:

21 yaşadək gənclərdən ibarət milli komandanın üzvləri Murad Hacızadə (+84 kq) və Fidan Teymurova (-50 kq) WKF Kuboku (Dünya Karate Federasiyası) turnirinin mükafatçıları olub.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, 4-5 iyul tarixlərində Xorvatiyanın Umaq şəhərində yarışda M.Hacızadə qızıl medala, F. Teymurova isə bürünc mükafata sahib olub. Yuxarı yaş dərəcəsində daha iki idmançımızın nəticəsi bu gün məlum olacaq.

Bu turnirdən əlavə 5-7 iyul tarixlərində Umaqda WKF-in Gənclər Liqası yarışı da keçirilir. Kumite üzrə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətdə daha 14 idmançı turnirə qatılacaq.

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərin hər bir yaş dərəcəsində iki idmançının işitrakına üstünlük verib.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov WKF-in Gənclər Liqasını idarə edən hakimlər arasındadır. Yarışda 70 ölkədən 2577 idmançı iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti