Bakı. Trend:
Qapıçı Tolqa Zəngin, müdafiəçi Adriano, yarımmüdafiəçilər Gökhan Törə və Sinzi Kaqava, hücumçu Mustafa Pektemek İstanbul klubunu tərk edib.
Trend-in məlumatına görə, adı çəkilən futbolçularla mövsümün sonunda başa çatmış müqavilə yenilənməyib.
Qeyd edək ki, "Beşiktaş" bundan öncə kanadalı hücumçusu Kayl Larini Belçikanın "Zulte Varaqem" klubuna icarəyə verib.