...

Karateçilərimizə ilin mükafatı təqdim edilib (FOTO)

İdman Materials 26 Yanvar 2020 03:21 (UTC +04:00)

Bakı. Trend:

Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) ötən mövsümün nəticələrinə əsasən "Grand Winners" mükafatı ilə təltif olunublar.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, unula da Azərbaycan karateçiləri dünyanın ən yaxşı döyüşçüləri arasında növbəti dəfə yer alıblar.

Dünya Karate Federasiyasının (WKF) ilin yekunlarına əsasən təsis etdiyi bu nüfuzlu mükafat, hər çəki dərəcəsində ən yüksək nəticə göstərən idmançılara təqdim olunur. İdmançılara mükafatları WKF prezidenti Antonio Espinos və Karate1 Premyer Liqa turnirinin Paris mərhələsinin təşkilatçısı, Fransa Karate Federasiyasının prezidenti Fransis Didye təqdim edib.

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Paris, Fransa.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti