...

Bakıda karate üzrə Avropa çempionatına hazırlıq işləri davam edir (FOTO)

İdman Materials 21 Fevral 2020 16:53 (UTC +04:00)
25-29 martda Bakıda böyüklərin karate üzrə 55-ci Avropa çempionatına hazırlıq işləri davam edir.
Bakıda karate üzrə Avropa çempionatına hazırlıq işləri davam edir (FOTO)

Bakı. Trend:

25-29 martda Bakıda böyüklərin karate üzrə 55-ci Avropa çempionatına hazırlıq işləri davam edir.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, məsul yarışın Təşkilat qrupunun üzvləri, Pride PR Agentliyinin nümayəndələri ilə görüşüb. Əvvəlcə Avropa çempionatının keçiriləcəyi Milli Gimnastika Arenasında yarış zalına baxış olub.

Sonra Azərbaycan Milli Karate Federasiyasının ofisində görüşdə, Bakıda ilk dəfə təşkil olunan böyüklərin Avropa çempionatının məsuliyyəti barədə danışılıb və yarışın yüksək səviyyədə təşkil olunmasının əsas hədəflərdən olduğu bildirilib.

Federasiya prezidenti Yaşar Bəşirov və agentliyin Bədii direktoru Andrey Leromin, eləcə də görüş iştirakçıları açılış mərasiminin ssenarisini bir daha diqqətdən keçiriblər. Yığıncaqda həmçinin mükafatlandırma mərasiminin detalları və digər məsələlər barədə müzakirə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti