Bakı. Trend:
Azərbaycan karateçiləri Slovakiya "Qran Prisi" beynəlxalq turnirində 3 medal qazanıblar.
Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, "Təhsil" Respublika İdman Mərkəzinin üzvləri 2 qızıl, 1 gümüş medala sahib olublar.
21-23 fevralda paytaxt Bratislavada yarışda 16-17 yaşlı gənclər seçmə komandasından Hüseyn Məmmədli (-61 kq) və Fərid Ağayev (-76 kq) çempion olub. Abbas Dadaşov isə (-68 kq) ikinci yeri tutub.
Karateçilərimizi yarışda "Təhsil" Respublika İdman Mərkəzinin karate üzrə baş məşqçisi Əbülfət Qarayev və məşqçi Gündüz Mahmudov müşayiət edib.
Beynəlxalq turnirdə 32 ölkədən 2118 idmançı iştirak edib.