...

Karateçimiz Avstriyada Karate1 Premyer Liqa turnirində finala yüksəlib

İdman Materials 28 Fevral 2020 23:13 (UTC +04:00)
Karateçilərimiz fevralın 28-də Avstriyanın Zalsburq şəhərində start götürən və martın 1-dək davam edəcək Karate1 Premyer Liqa turnirində mübarizəyə başlayırlar
Karateçimiz Avstriyada Karate1 Premyer Liqa turnirində finala yüksəlib

Bakı. Trend:

Karateçilərimiz fevralın 28-də Avstriyanın Zalsburq şəhərində start götürən və martın 1-dək davam edəcək Karate1 Premyer Liqa turnirində mübarizəyə başlayırlar.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mövsümün 3-cü mərhələsində 14 idmançımız gücünü sınayır. Yarışın ilk günü kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) mübarizə aparıblar.

Karateçilərimizdən Rafiz Həsənov uğurla çıxış edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi İtaliya təmsilçisi Luka Mareska olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti