...

"Napoli" bu futbolçuya 5 illik müqavilə təklif edib

İdman Materials 20 Aprel 2020 20:10 (UTC +04:00)
"Napoli" bu futbolçuya 5 illik müqavilə təklif edib

Bakı. Trend:

“Zenit”in hücumçusu Sərdar Azmun “Napoli”yə keçməyə yaxındır.

Trend-in məlumatına görə, neapollular 25 yaşlı iranlı forvarda komandanı tərk etməyə hazırlaşan Arkadiuş Milikin əvəzedicisi kimi baxır. “Napoli” Azmuna 5 illik müqavilə təklif edir.

Qeyd edək ki, Azmunun adı “Atletiko”, “Lester” və “Vest Hem”lə də yanaşı çəkilir. “Zenit” isə hücumçusuna görə 35 milyon avro tələb edir.

Azmun cari mövsümdə Rusiya premyer liqasında 21 oyunda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti