...

Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq

İdman Materials 2 Dekabr 2020 12:49 (UTC +04:00)
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq

Bakı. Orxan Nəbiyev - Trend:

Əfsanəvi Formula1 pilotu, yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer 2021-ci ildən Formula 1 çempionatında yarışacaq.

Trend-in məlumatına görə, bunu “Haas” Formula 1 komandası təsdiq edib.

Mik Şumaxer gələn mövsümdən “Haas” komandasının tərkibində rusiyalı Nikita Mazepinlə birgə mübarizə aparacaq.

Qeyd edək ki, Mik Şumaxer hazırda Formula 2 çempionatında yarışır. O, mövsümün başa çatmasına bir mərhələ qalmış turnir cədvəlinə başçılıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti