...

"Formula-1" üzrə Abu-Dabi Qran Prisinin qalibi müəyyənləşib

İdman Materials 13 Dekabr 2020 20:17 (UTC +04:00)
"Formula-1" üzrə Abu-Dabi Qran Prisinin qalibi müəyyənləşib

Bakı. Trend:

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə Abu-Dabi Qran Prisinin qalibi olub.

Trend-in məlumatına görə, yarışı ikinci yerdə "Mersedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas, üçüncü yerdə isə onun komanda yoldaşı britaniyalı Lyuis Hemilton başa vurub.

"Formula-1" üzrə Abu-Dabi Qran Prisi cari mövsümün sonuncu mərhələsi idi. Xatırladaq ki, Türkiyə Qran Prisində birinci yeri tutan L.Hemilton mövsümün bitməsinə 3 mərhələ qalmış çempionluğunu təmin etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti