...

Karate 1 Gənclər Liqasında yeniyetmə karateçilərimiz uğurlu start ediblər

İdman Materials 6 İyun 2021 02:17
Karate 1 Gənclər Liqasında yeniyetmə karateçilərimiz uğurlu start ediblər

Trend-i buradan izləyin

Bakı. Trend:

Uşaq, yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız Kiprin Limassol şəhərində gənclərin Karate1 Liqa yarışında uğurla çıxış edirlər.

Trend-in Mili karate federasiyasına istinadən verdiyi məlumata görə, yarışın ilk günü 14-15 yaşlı yeniyetmələrdə Salman Salmanov və Ramilə Heydərova (hər ikisi kata) qızıl medala, Mehralı Məmmədov (+70 kq) gümüş, Amin Yadigarlı (-52 kq) və Aysu Əliyeva (-47 kq) isə bürünc mükafata sahib olub.

Aşağı yaşlı karateçilərimizi Yeniyetmə və Gənclər milli komandasının baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə milli komandanın böyük məşqçisi Anar Əhmədov müşayiət edir. Beynəlxalq referi Mais Mədətov isə yarışın hakimləri arasındadır.

4-6 Iyun tarixlərində yarışda 37 ölkədən 760 idmançı iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti