...

Karateçimiz Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

İdman Materials 12 İyun 2021 00:19 (UTC +04:00)
Karateçimiz Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

Bakı. Trend:

Firdovsi Fərzəliyev -67 kq olimpiya çəki dərəcəsində Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, ilkin mərhələdə Li Jinvaya (Koreya) 2:0, Luka Spitzə (İsveçrə) 2:0, Ramil Makaalaya (Filippin) 1:0, Şaban Abdullaya (Küveyt) 2:1 və Vinisius Fiqueyraya (Braziliya) 1:0 hesabı ilə qalib gələn F.Fərzəliyev, yarımfinalda Martial Tadissiyə (Macarıstan) 2:5 hesabı ilə mğlub olub. Bürünc medal görüşündə Stefan Cokiçi (Serbiya) 3:2 hesabı ilə məğlub edən karateçimiz Tokio Olimpiadasına lisenziyalar uğrunda dördlər finalında iştirak etmək imkanı da qazanıb.

Mükafatçılar dairəvi sistemlə bir-birləri ilə yarışıblar. Nəticədə 3-cü yeri tutan F.Fərzəliyev Tokio Yay Olimpiya Oyunlarına vəsiqə alıb.

Turnirin ilk günü çıxış edən digər idmanılarımızdanNeda Rezai (kata) və İlahə Qasımova (-55 kq) ilk görüşlərdə məğlub olublar. 12 İyunda Roman Heydərov (kata) və Fəridə Abiyeva (-61 kq) yarışa qatılacaq. Bazar günü isə Asiman Qurbanlı (+75 kq) olimpiya lisenziyası qazanmağa çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti