...

Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub

İdman Materials 14 İyun 2021 17:22 (UTC +04:00)
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub

Bakı. Trend:

Qrossmeyster Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Superbet Chess Classic” turnirinin qalibi olub.

Trend xəbər verir ki, 36 yaşlı şahmatçımız yarışın sonuncu turunda fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edib. Bununla da xal ehtiyatını 6-ya çatdıran Şəhriyar Məmmədyarov bütün rəqiblərini geridə qoyaraq turnirin qalibi adını qazanıb.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyan ilə heç-heçə edib. Teymur Rəcəbov turniri 4,5 xalla başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti