...

Karateçilərimiz Dünya Kubokundan medallarla qayıdır

İdman Materials 2 İyul 2021 13:29 (UTC +04:00)

Bakı. Trend:

Xorvatiyanın Poreç şəhərində 12-21 yaşadək idmançıların Dünya Kuboku yarışı keçirilib.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, turnirə qatılan milli komandanın 21 üzvündən Nuran Rzazadə (-67 kq) və İnci Əzizova (-50 kq) gümüş medal, Mədinə Sadıova (-55 kq) isə bürünc mükafat qazanıb.

21 yaşadək qızların kata yarışlarında mükafatsız qalan Emilya Mitilinovaya para-karate çıxışında qızl medal təqdim edilib.

Klubları təmsil edən idmançılardan isə 12 yaşlı uşaqlar arasında Vüsal Qənbərov birinci, Məhyəddin Cəfərli ikinci, Marat Semixov (üçü də -40 kq) üçüncü yeri tutub.

12-21 yaşadək idmançıların Dünya Kuboku yarışında 32 ölkədən 464 karateçi iştirak edib. 14-18 yaşlı yeniyetmə və gənclər seçmə komandalarının üzvləri 2-4 iyul tarixlərində Dünya Karate Federasiyasının seriya turnirlərindən Gənclər Liqasında çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti