...

Messi PSJ ilə müqavilə imzaladı

İdman Materials 11 Avqust 2021 00:39 (UTC +04:00)
Messi PSJ ilə müqavilə imzaladı

Bakı. Trend:

Argentinalı futbolçu Lionel Messi Fransanın PSJ klubu ilə müqavilə imzalayıb.

Trend-in məlumatına görə, L.Messinin PSJ ilə müqaviləsi 2 il müddətinə nəzərdə tutulub. Müqavilənin müddəti başa çatdıqdan sonra daha bir il artırıla bilər.

Argentinalı hücumçu PSJ-də 30 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, L.Messinin 2004-cü ildən oynadığı "Barselona" klubu avvqustun 5-i İspaniya çempionatının maliyyə qaydalarına görə argentinalı ilə yeni müqavilə imzalanmayacağını açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti