Bakı. Trend:
"Mançester Yunayted" futbol klubu İngiltərə kubokunun 1/16 finalında "Midlsbro"ya penaltılar seriyasında məğlub olub.
Trend-in məlumatına görə, oyun Mançesterdə keçirilib.
Görüşün əsas vaxtı və 15 dəqiqəlik əlavə iki hissə 1:1 hesabı ilə başa çatıb. “Mançester Yunayted”in heyətində Ceydon Sanço (25), “Midlsbro” tərəfindən isə Mett Kruks (64) qol vurub.