...

Azərbaycanla işbirliyimizin idman sahəsində daimi olmasını arzulayıram - Türkiyəli nazir

İdman Materials 5 Mart 2022 12:51 (UTC +04:00)
Azərbaycanla işbirliyimizin idman sahəsində daimi olmasını arzulayıram - Türkiyəli nazir

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycanla işbirliyimizin idman sahəsində daimi olmasını arzulayıram. Ölkə olaraq 60-dan çox idman növünü dəstəkləyirik, onların inkişafı üçün sərmayə qoyuruq.

Trend-in məlumatına görə, bunu Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu Bakıdakı Beynəlxalq "Etnosport" Forumunda deyib.

O qeyd edib ki, bugünkü forumun ana xətti ənənəvi idmandır.

"2015-ci ildən bu növlərdə ciddi irəliləyiş var və güclü nəticələr əldə etmişik. İnanırıq ki, yeni ənənəvi idman federasiyaları, klublar yaradarıq. Türkiyənin bütün regionlarında ənənəvi idman növlərini inkişaf etdirəcəyik. Ənənəvi idman növlərində bir sıra infrastruktur layihələri var. Pandemiya dövrünə baxmayaraq, Türkiyədə idman sahəsində 100 faizlik artım olub. "Etnoidman" növünə gənclərin, könüllülərin marağı artır", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti