...

Formula 1 üzrə dördqat dünya çempionu karyerasını bitirir

İdman Materials 28 İyul 2022 16:58 (UTC +04:00)
Formula 1 üzrə dördqat dünya çempionu karyerasını bitirir
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyalı Formula 1 pilotu, dördqat dünya çempionu Sebastyan Fettel bu mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə "Aston Martin" komandasının mətbuat xidməti bildirib.

35 yaşlı pilot 2007-ci ildən bəri Formula 1 dünya çempionatına iştirak edir.

O, 2010-2013-cü illərdə "Red Bull" komandasının tərkibində dörd dəfə dünya çempionu adını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti