...

Məhəllələrarsı futbol yarışılarına start verilib (FOTO)

İdman Materials 2 Avqust 2022 12:35 (UTC +04:00)
Məhəllələrarsı futbol yarışılarına start verilib (FOTO)

Bakı. Trend:

Son illərdə uşaq futboluna diqqət və qayğı artmışdır. Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən məhəllələrarası futbol yarışları üzrə pilot layihənin icrasına Xəzər rayonunda start verilmişdir.

02.08.2022-ci il tarixdə Xəzər rayonunun Buzovna qəsəbəsində R. İmanov 4 və M. Sübhi 2a saylı yaşayış binalarını əhatə edən məhəllədə məhəllələrarası futbol yarışı keçirilmişdir. Yarışda 2010-2011-ci il üzrə yeniyetmələr mübarizə aparmışdır.

Qalib komandalar Xəzər rayonundan seçilmiş millət vəkili Rauf Əliyev və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev tərəfindən diplom və medallarla təltif olunmuşdur. Məhəllələr arası futbol yarışlarının Xəzər rayon qəsəbələrində silsilə şəkildə keçirilməsi planlaşdırılır. Yarışların əsas məqsədi yeniyetmə və gənclər arasında futbol idman növünə olan marağı artırmaq, gələcəkdə peşəkar futbolçu olmalarına zəmin yaratmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti